...

Efiopiyanın dövlət qəzeti BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumundan yazdı

Siyasət Materials 3 May 2016 17:06 (UTC +04:00)
Efiopiyanın “Addis Zemen” dövlət qəzetində Bakıda keçirilmiş BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu haqqında məqalə dərc edildi.

Bakı. Trend:

Efiopiyanın "Addis Zemen" dövlət qəzetində Bakıda keçirilmiş BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu haqqında məqalə dərc edildi.

Azərbaycanın Efiopiyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, məqalədə Forum çərçivəsində nümayəndə heyətləri tərəfindən yekdilliklə qəbul edilmiş və millətlər arasında harmoniyaya nail olunması üçün əsas sənəd olan Bakı Bəyannaməsi haqqında ətraflı məlumat verilir, həmin Bəyannamədə BMT-nin Sivilizasiyalar Alyansının inklüziv cəmiyyətlərin qurulmasında əsas rol oynadığı qeyd edilir.

Məqalədə, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin açılış nitqinə xüsusi diqqət yetirilir, dövlət başçımızın Azərbaycanın Şərqlə Qərb arasında həm coğrafi, həm də mədəni baxımdan körpü olduğunu, əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin Azərbaycanda sülh şəraitində və ləyaqətlə yaşadıqlarını qeyd etdiyi vurğulanır.

Müəllif tədbirdə digər yüksək səviyyəli rəsmilərin, o cümlədən BMT-nin baş katibi Pan Gi Munun müraciəti və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışları barədə də məlumat verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti