...

Əli Həsənov: İşğalçı erməni ordusu Azərbaycanın ərazilərini tərk etmədikcə cəbhə bölgəsində gərginlik davam edəcək

Siyasət Materials 4 May 2016 14:47 (UTC +04:00)
“Nə qədər ki, Azərbaycanın işğal olunmuş torpaqları qaytarılmayıb, işğalçı erməni ordusu Azərbaycanın ərazilərini tərk etməyib, sülh sazişinə nail olunmayıb, cəbhə bölgəsində gərginlik biz istəsək də, istəməsək də davam edəcək".
Əli Həsənov: İşğalçı erməni ordusu Azərbaycanın ərazilərini tərk etmədikcə cəbhə bölgəsində gərginlik davam edəcək

Bakı. Trend:

"Nə qədər ki, Azərbaycanın işğal olunmuş torpaqları qaytarılmayıb, işğalçı erməni ordusu Azərbaycanın ərazilərini tərk etməyib, sülh sazişinə nail olunmayıb, cəbhə bölgəsində gərginlik biz istəsək də, istəməsək də davam edəcək".

Trend-in məlumatına görə, bunu bu gün Azərbaycan Repsublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Kəpəz TV-yə (Region TV) açıqlamasında bildirib.

PA rəsmisi deyib: "Ermənistan tərəfi danışıqlarda nümayiş etdirdiyi qeyri-konstruktivliyi cəbhə bölgəsində, xüsusən də dinc əhaliyə qarşı son zamanlar yaşanan proseslərdə də göstərdi. Həmçinin təmas xəttində də bu mövqeyini nümayiş etdirdi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti