...

Ali Məhkəməyə yeni hakim təyin edilib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 6 May 2016 12:12 (UTC +04:00)
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, hər üç hakimin təyin edilməsi ömürlük xarakter daşıyacaq.
Ali Məhkəməyə yeni hakim təyin edilib  (ƏLAVƏ OLUNUB)

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisin bugünkü plenar iclasında Ali Məhkəməyə yeni hakim təyin edilib.

Trend-in məlumatına görə, Ali Məhkəmənin səlahiyyət müddəti aprelin 25-də başa çatan hakimləri İbayev Vəfaddin Ələm oğlu və Quliyev Zakir Müslüm oğlu yenidən əvvəlki vəzifələrinə təyin edilməsinə baxılıb.

Eyni zamanda, Şirvan Apellyasiya Məhkəməsinin sədri Əsgərov Qürbət Ağa oğlunun Ali Məhkəmənin hakimi təyin edilməsi və Ali Məhkəmənin hakimi Ağayev Rəşadət Əhməd oğlunun vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi məsələsinə baxılıb.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, hər üç hakimin təyin edilməsi ömürlük xarakter daşıyacaq.

Müzakirələrdən sonra təkliflər qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti