...

Britaniya səfirinin müavini Sumqayıtda olub

Siyasət Materials 12 May 2016 20:45 (UTC +04:00)
Böyük Britaniyanın Azərbaycandakı səfirinin müavini Stefen MakKormik Sumqayıta səfər edib.
Britaniya səfirinin müavini Sumqayıtda olub

Bakı. Trend:

Böyük Britaniyanın Azərbaycandakı səfirinin müavini Stefen MakKormik Sumqayıta səfər edib.

Sumqayıtla tanışlıq məqsədi daşıyan səfər çərçivəsində S.MakKormik Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla görüşüb.

Z.Fərəcov diplomata Azərbaycanın üçüncü böyük şəhəri olan Sumqayıtın tarixi, sosial və iqtisadi inkişafı, sənaye potensialı, şəhərdə son aylarda həyata keçirilən layihələr haqqında ətraflı məlumat verib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyətinə toxunan icra başçısı bildirib ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır: "Bir milyondan artıq soydaşımız dədə-baba torpaqlarından digərgin düşüb, qaçqın və məcburi köçkün həyatı yaşayır. İşğal nəticəsində öz doğma yurdlarından didərgin düşən insanlarımızın bir qismi də Sumqayıt şəhərində məskunlaşıb. Burada onlara dövlətin diqqət və qayğısı nəticəsində hər cür şərait yaradılıb və gələcəkdə də bu istiqamətdə işlər həyata keçiriləcək. Lakin öz doğma yurdlarının həsrəti ilə yaşayan məcburi köçkünlər torpaqlarımızın tezliklə işğaldan azad olunacağına inanırlar".

Səmimi qəbula görə minnətdarlığını bildirən Böyük Britaniyanın Azərbaycandakı səfirinin müavini S.MakKormik Sumqayıt şəhəri ilə tanışlıqdan məmnun qaldığını bildirib, şəhərdə görülən işləri yüksək qiymətləndirib. Dağlıq Qarabağ problemindən danışan diplomat münaqişənin tezliklə sülh yolu ilə həll olunacağına ümid etdiyini bildirib. S.MakKormik iki ölkə arasında iqtisadi, siyasi və mədəni sahələrdə əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini və bu əlaqələrin daha da genişləndirilməsi üçün qarşılıqlı marağın olduğunu vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti