...

Apreldə ermənilərin törətdiyi cinayətlərlə bağlı Avropa Məhkəməsinə ərizələr göndərilib

Siyasət Materials 13 May 2016 13:59 (UTC +04:00)
Aprel ayında erməni silahlı birləşmələrinin cəbhə xəttində törətdiyi cinayətlərlə bağlı artıq Avropa Məhkəməsinə ərizələr göndərilib.
Apreldə ermənilərin törətdiyi cinayətlərlə bağlı Avropa Məhkəməsinə ərizələr göndərilib

Bakı. Elçin Mehdiyev - Trend:

Aprel ayında erməni silahlı birləşmələrinin cəbhə xəttində törətdiyi cinayətlərlə bağlı artıq Avropa İnsan Haqları Məhkəməsinə ərizələr göndərilib. Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərov bu gün Milli Məclisdə keçirilən "Təmas xəttində son hadisələr: Beynəlxalq humanitar hüququn probemləri" adlı dinləmərdə deyib.

Onun sözlərinə görə, Avropa Məhkəməsinə artıq 2 şikayət göndərilib: "Avropa Məhkəməsi bu şikayətlərə baxmağa qərar verib".

PA rəsmisi qeyd edib ki, vətəndaşlar baş verən cinayətlərlə bağlı ərizələrlə müraciət edib: "Avropa Məhkəməsinə ərizələr vəkillər tərəfindən göndərilməlidir. Yaxın vaxtlarda bu şikayətlərlə bağlı kommunikasiya başlansa, Azərbaycan tərəfi müvafiq addımlar atacaq".

Ç.Əsgərov vəkillərdən əldə etdiyi məlumatlara əsasən bildirib ki, Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış evlərlə bağlı da Avropa Məhkəməsinə müraciətlər yaxın vaxtlarda göndəriləcək: "İnsanlar dəymiş ziyana, evlərinin dağılmasına görə Avropa Məhkəməsinə müraciət etməlidirlər, çünki Avropa Konvensiyasına görə onların hüquqları pozulub. Mən onları Avropa Məhkəməsinə müraciətlə bağlı ərizələr hazırlamağa dəvət edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti