...

BMT-nin baş katibi: Dünya birliyi münaqişələrin həllinə kömək etməlidir (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 23 May 2016 12:37 (UTC +04:00)
Dünya birliyi münaqişələrin həllinə kömək etməlidir.
BMT-nin baş katibi: Dünya birliyi münaqişələrin həllinə kömək etməlidir  (ƏLAVƏ OLUNUB)

Bakı. Rufiz Hafizoğlu, Elmira Tariverdiyeva - Trend:

Dünya birliyi münaqişələrin həllinə kömək etməlidir. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu BMT-nin baş katibi Pan Gi Mun İstanbulda I Ümumdünya Humanitar Sammitinin açılışında deyib.

BMT-nin baş katibi bildirib ki, münaqişələr zamanı, əsasən dinc əhali əziyyət çəkir.

Onun sözlərinə görə, dünya birliyi humanitar böhranla da fəal mübarizə aparmalıdır: "Çox təəssüf ki, hazırda elə təəssürat yaranır ki, insan həyatının dəyəri yoxdur".

Baş katibin sözlərinə görə, 2030-cu ilə yerini dəyişmiş şəxslərin sayının yarıyadək azalması üçün mümkün olan hər şeyi edilməli, qaçqınlar üçün ən yaxşı həll yolları tapılmalıdır: "Bu sammiti 4 il əvvəl keçirməyi təklif etdim. Hazırda onun aktuallığı artıb. Rekord sayda insanın - 130 milyon insanın sağ qalmaq üçün köməyə ehtiyacı var".

O əlavə edib ki, sammitdə bir neçə sahədə vacib məsələlər müzakirələr olunacaq.

Mayın 23-də İstanbulda Dünya Humanitar Sammiti işə başlayıb.

Türkiyə Respublikasının və BMT-nin təşkilatçılığı ilə ilk dəfə keçirilən Sammitdə dünyada baş verən humanitar problemlərin həlli baxımından beynəlxalq ictimaiyyətə mühüm çağırışlar ediləcək.

Sammitdə BMT-nin üzvü olan ölkələrdən 60-dək dövlət və hökumət başçısı, böhranlardan əziyyət çəkən ölkələrin rəsmiləri, beynəlxalq təşkilatların, QHT-lərin və özəl sektorun təmsilçiləri olmaqla ümumilikdə 5 mindən çox nümayəndə iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti