...

Əbu Dabidə 28 May - Respublika Günü təntənəli qeyd edilib (FOTO)

Siyasət Materials 27 May 2016 10:49 (UTC +04:00)
Mayın 25-də Əbu Dabinin ən möhtəşəm beşulduzlu mehmanxanalarından biri olan "Seynt Regis" ("St.Regis") mehmanxanasında 28 May - Respublika Gününə həsr olunmuş ziyafət təşkil edilib.
Əbu Dabidə 28 May - Respublika Günü təntənəli qeyd edilib (FOTO)

Bakı. Trend:

Mayın 25-də Əbu Dabinin ən möhtəşəm beşulduzlu mehmanxanalarından biri olan "Seynt Regis" ("St.Regis") mehmanxanasında 28 May - Respublika Gününə həsr olunmuş ziyafət təşkil edilib.

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyindən Trend-ə verilən məlumata görə, BƏƏ-nin enerji naziri cənab Süheyl Əl-Məzruinin əsas qonağı olduğu, eləcə də BƏƏ Prezidentinin Hüquqi və dini məsələlər üzrə müşaviri Ömər Əl-Həşimin, Əbu Dabi Vəliəhdinin Protokol xidmətinin, xarici işlər nazirliyinin məsul şəxslərinin, parlament üzvlərinin, digər dövlət qurumlarının əməkdaşlarının, ölkədə akkreditə olunan diplomatik korpusun rəhbərlərinin, habelə Əbu Dabi, Dubay və digər Əmirliklərdə məskunlaşan Azərbaycan icmasının üzvlərinin iştirak etdikləri ziyafətin açılışı hər iki ölkənin himninin səsləndirilməsi ilə başlayıb.

Himnlərin ardınca tədbir iştirakçılarına nitqlə müraciət edən səfir Daşqın Şikarov 28 Mayın tarixindən və bu əlamətdar günün əhəmiyyətindən lakonik və dolğun bəhs edib, 1918-ci ilin 28 may tarixində dünyaya zühur edən Azərbaycan Demokratik Respublikasının (ADR) müsəlman Şərqində demokratiya prinsiplərinə əsaslanan, qadını səsvermə hüququ ilə təmin edən, bununla da ABŞ, Böyük Britaniya kimi dövlətləri qabaqlayan ilk dövlət olduğunu özəlliklə qeyd edib.

Səfir D.Şikarov məhz xalqın israrlı tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikasını acı taleyinin təkrarlanmasından xilas etdiyini, demokratik prinsiplər üzərində hərtərəfli islahatların, o cümlədən ölkəmizin xarici və daxili siyasi kursunun, enerji strategiyasının memarı olduğunu qabardıb.

Sonra səfir Azərbaycan-BƏƏ əlaqələri barəsində danışarkən möhkəm təməl üzərində qurulan ikitərəfli dostluq və əməkdaşlıq əlaqələrinin mərhum ulu öndərlər Heydər Əliyev və Şeyx Zayed bin Sultan Əl Nəhyanın 1994-cü ildə keçirilmiş Kasablanka Sammiti çərçivəsində baş tutmuş tarixi görüşündə qurulduğunu və həmin əlaqələrin layiqli davamçılar - Azərbaycan Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Xəlifə bin Zayed Əl Nəhyan tərəfindən daha da mətinləşdirildiyini önə çəkib.

Davamı olaraq, Səfir D.Şikarov cari ilin fevral ayında Prezident İlham Əliyevin Ərəb Əmirliklərinə rəsmi səfərini xatırlayaraq, bu səfərin, eləcə də 2015-ci ilin aprel ayında BƏƏ-nin Vitse-Prezidenti, Baş naziri, Dubay Əmirliyinin hakimi Şeyx Məhəmməd bin Rəşid Əl Maktumun Azərbaycana rəsmi səfərinin mövcud əlaqələrin daha da sı xlaşmasına və zənginləşməsinə müstəsna töhfələr verdiyini vurğulayıb, İlham Əliyevin BƏƏ vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi ilə bağlı qərarının əhəmiyyətini qeyd edib və ilkin nəticələrini qonaqların diqqətinə çatdırıb.

Səfir, eyni zamanda Dağlıq Qarabağ münaqişəsinə nəzər salarkən Azərbaycanın ədalətli mövqeyinə davamlı dəstəyə görə, Prezident Şeyx Xəlifə bin Zayed Əl Nəhyana, Vitse-Prezident Şeyx Məhəmməd bin Rəşid Əl Maktuma və Əbu Dabinin vəliəhdi, BƏƏ Silahlı Qüvvələri Ali Baş Komandanının müavini Şeyx Məhəmməd bin Zayed Əl Nəhyana Azərbaycan hökuməti və xalqı adından dərin minnətdarlığını ifadə edib.

Tədbir boyu milli musiqi mədəniyyətimizə xas olan incilərin müşayiəti ilə ölkəmizin turizm imkanlarını, paytaxt Bakının müasir görüşünü və əzəmətli tikililərini, eləcə də Formula 1 yarışını əks etdirən videoçarxlar nümayiş olunub, mədəniyyətimizə, tariximizə, ənənəvi və qeyri-ənənəvi qış və yay turizmi üçün yaradılmış şəraitə aid təbliğat materialları qonaqların ixtiyarına verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti