...

Prezident İlham Əliyevin ünvanına təbrik məktubları gəlməkdə davam edir

Siyasət Materials 27 May 2016 21:04 (UTC +04:00)
Yaponiya İmperatoru Akihito Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Prezident İlham Əliyevin ünvanına təbrik məktubları gəlməkdə davam edir

Bakı. Trend:

Yaponiya İmperatoru Akihito Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Zati-aliləri. Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi, Zati-alinizə xoşbəxtlik və xalqınıza rifah arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram".

X X X

İsveçrə Konfederasiyasının Prezidenti Yohan Şnayder-Ammandan: "Zati-aliləri. Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə İsveçrə Konfederasiyası Federal Şurası adından səmimi təbriklərimizi çatdırır, Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik diləyir, ölkənizə inkişaf, əmin-amanlıq və rifah arzu edirik.

Əminəm ki, ölkələrimiz arasındakı qarşılıqlı hörmət və dostluq əlaqələri qarşıdakı illərdə daha da möhkəmlənəcək.

Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin".

X X X

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisidən: "Zati-aliləri. Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına bu əlamətdar gün münasibətilə rifah və tərəqqi arzu edirəm.

Bu xoş fürsətdən istifadə edib, Sizə böyük hörmət və ehtiramımı bildirirəm".

X X X

UNESCO-nun baş direktoru İrina Bokovadan: "Zati-aliləri. Milli bayramınız - Respublika Günü münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına UNESCO-nun adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Ölkənizin illər boyu UNESCO ilə əlaqələri gücləndirmək istiqamətindəki səylərini və beynəlxalq əməkdaşlığın inkişafında oynadığı mühüm rolu təqdir etmək istərdim. Cənab Prezident, xüsusilə, UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda iştirakınıza görə Sizə ən dərin ehtiramımı bildirirəm. İcazə verin, Bakı Forumunun uğurlu iclasları üçün Azərbaycana bir daha ən səmimi minnətdarlığımı çatdırım.

Azərbaycanın mədəniyyətlərarası dialoqun möhkəmlənməsinə davamlı dəstəyi UNESCO-nun əsas mandatının inkişafına böyük töhfə verib. "Davamlı İnkişaf Proqramı - 2030" layihəsinin icrası mərhələsində bu dəstək daha böyük əhəmiyyət kəsb edir.

Əminəm ki, UNESCO-nun Azərbaycan ilə sıx əməkdaşlığı gələcəkdə də davam edəcək.

Zati-aliləri, xahiş edirəm, təbriklərimlə yanaşı, ən dərin ehtiramımı qəbul edəsiniz".

X X X

Latviya Respublikasının Prezidenti Raymonds Veyonisdən: "Zati-aliləri. Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır, ölkənizə xoş arzularımla birgə rifah və sülh diləyirəm.

Mən son illər ərzində Latviya ilə Azərbaycan arasında intensiv dostluq əlaqələrinin inkişafını görməkdən məmnunluq duyuram və bunu möhkəmləndirmək üçün Sizinlə birgə işləyəcəyimə əmin ola bilərsiniz.

Zati-aliləri, xahiş edirəm, Latviya xalqı adından və şəxsən öz adımdan ən yüksək ehtiramımı qəbul edin".

X X X

Ukraynanın Prezidenti Petro Poroşenkodan: "Hörmətli cənab Prezident. Milli bayramınız - Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Müstəqillik illərində inkişafın strateji istiqamətlərində mühüm uğurların əldə olunması Azərbaycan Respublikasının regional liderliyinin və nüfuzunun gələcəkdə də beynəlxalq arenada gücləndirilməsi yolunda inamlı tərəqqisinin göstəricisidir.

Ukrayna Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində, suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında nizamlanmasına dair ardıcıl və qətiyyətli mövqeyə malikdir. Ölkəmiz, həmçinin Ukraynanın ərazi bütövlüyü məsələsində Azərbaycan Respublikasının dəstəyini yüksək qiymətləndirir.

Əminəm ki, ikitərəfli səmərəli əməkdaşlığımız gələcəkdə də ölkələrimizin rifahı üçün dostluq və qarşılıqlı hörmət ruhunda inkişaf edəcək, cari ildə Ukrayna və Azərbaycan Prezidentləri Şurasının növbəti iclasının keçirilməsi isə ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin praktiki müstəvidə həyata keçirilməsinə yeni təkan verəcək.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, ali dövləti fəaliyyətinizdə Sizə yeni uğurlar, dost Azərbaycan xalqına sülh, həmrəylik və firavanlıq diləyirəm".

X X X

İspaniyanın Kralı VI Felipedən: "Zati-aliləri. Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi İspaniya xalqı və Hökuməti adından təbrik edirəm.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, dost Azərbaycan xalqına sülh və firavanlıq arzu edir, Zati-alinizə dərin ehtiramımı bildirirəm".

X X X

Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodinadan: "Möhtərəm İlham Heydər oğlu. Dövlət bayramınız - Respublika Günü münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Sizə möhkəm cansağlığı, əmin-amanlıq, Azərbaycanın hərtərəfli inkişafı və firavanlığı naminə ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm".

X X X

Litva Respublikasının Prezidenti Dalya Qribauskaytedən: "Hörmətli cənab Prezident. Milli bayramınız - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Ölkənizə davamlı inkişaf, çiçəklənmə və əmin-amanlıq arzu edirəm.

Bu xoş fürsətdən istifadə edərək, Litva ilə Azərbaycan arasında müsbət dialoqun, həmçinin ikitərəfli səviyyədə və Avropa İttifaqı çərçivəsində əməkdaşlığın vətəndaşlarımızın ümumi rifahının, təhlükəsizliyinin mühüm və qarşılıqlı səmərəli təminatı kimi davam edəcəyinə olan güclü inamımı ifadə etmək istərdim.

Cənab Prezident, icazə verin, bir daha Respublika Günü münasibətilə təbriklərimi çatdırım.

Xahiş edirəm, ən dərin ehtiramımı və Litva xalqının ən xoş arzularını qəbul edin".

Xəbər lenti

Xəbər lenti