...

"Azərbaycan Aİ-nin vacib tərəfdaşıdır"

Siyasət Materials 23 İyun 2016 11:59 (UTC +04:00)
Azərbaycan Avropa İttifaqının (Aİ) vacib tərəfdaşıdır və ölkənin rəsmi strukturları mobillik sahəsində Aİ ilə əməkdaşlıqda maraqlıdırlar.
"Azərbaycan Aİ-nin vacib tərəfdaşıdır"

Bakı. Anaxanım Hidayətova - Trend:

Azərbaycan Avropa İttifaqının (Aİ) vacib tərəfdaşıdır və ölkənin rəsmi strukturları mobillik sahəsində Aİ ilə əməkdaşlıqda maraqlıdırlar.

Trend-in məlumatına görə, bunu Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (ICMPD) layihələrinin koordinatoru Violeta Vaqner Bakıda "Azərbaycanda Mobillik naminə Tərəfdaşlıq" mövzusunda beynəlxalq konfransda deyib.

Tədbirdə çıxış edən Aİ-nin Azərbaycandakı səfiri Malena Mard qeyd edib ki, konfransın keçirilməsi Aİ və Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi ideyasına və tərəfdaş qismində birgə fəaliyyətə dəstək verilməsinə xidmət edir.

O, həmçinin qeyd edib ki, reallaşdırılan MOBILAZE iki tərəf arasında sıx və qarşılıqlı mənfəətli əməkdaşlığın nümunəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti