...

Azərbaycan və Aİ aviasiya ilə bağlı saziş imzalaya bilərlər

Siyasət Materials 23 İyun 2016 13:05 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) və Azərbaycan ümumi aviasiya zonası haqqında sazişin imzalanması üzrə danışıqlara başlamağa hazırdır.
Azərbaycan və Aİ aviasiya ilə bağlı saziş imzalaya bilərlər

Bakı. Anaxanım Hidayətova - Trend:

Avropa İttifaqı (Aİ) və Azərbaycan ümumi aviasiya zonası haqqında sazişin imzalanması üzrə danışıqlara başlamağa hazırdır.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Aİ-nin Azərbaycandakı səfiri Malena Mard deyib.

Onun sözlərinə görə, bu saziş Azərbaycan və Aİ-yə aviasiya sektorunda rəqabətin yüksəldilməsi baxımından çox şey verəcək.

M.Mard qeyd edib: "Biz payızda alt komitələr səviyyəsində bir sıra görüşlərin keçiriləcəyini gözləyirik. Görüşlər zamanı Azərbaycan və Aİ-nin qarşılıqlı fəaliyyət məsələlərini müzakirə etmək imkanı olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti