...

Azərbaycanlı deputat AŞ PA-da məruzə etdi: "Mədəniyyət olmayan yerdə..."

Siyasət Materials 23 İyun 2016 16:35 (UTC +04:00)
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvü, qurumun uşaqlar üzrə baş məruzəçisi Sevinc Fətəliyeva AŞ PA-nın sessiyasında məruzə ilə çıxış edib.
Azərbaycanlı deputat AŞ PA-da məruzə etdi: "Mədəniyyət olmayan yerdə..."

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvü, qurumun uşaqlar üzrə baş məruzəçisi Sevinc Fətəliyeva AŞ PA-nın sessiyasında məruzə ilə çıxış edib.

Trend-in məlumatına görə, mədəniyyət və demokratiya əlaqələri haqqında məruzə edən S.Fətəliyeva vurğulayıb ki, mədəniyyət olmayan yerdə tam azadlıq və demokratiyadan danışmaq qeyri-mümkündür: “Demokratiya özü bir güc forması olaraq mədəniyyətin töhfəsi və nailiyyətidir. Demokratik yaşamaq qabiliyyəti cəmiyyətin bütün qatlarında əsrlər və hətta minilliklər boyu hər bir vətəndaşın milli kimliyi, fərdi mədəniyyəti və həyat tərzi əsasında formalaşır”.

Deputat bildirib ki, Azərbaycan mədəniyyət və demokratiyanın birgəyaşayışının nümünəsidir: “Demokratiyanın inkişafı dövlətimizdə qədim demokratik və mədəni ənənələrə əsaslanır. Azərbaycan Şərqdə ilk demokratik dövlət olaraq, qadınlara səs vermək və seçilmək hüququ verməklə, ilk balet və operanın yarandığı məkandır. Biz həmişə bu dəyərlərə sadiqik. Mədəni irsimizin gorunub saxlanması dövlət siyasətinin əsas istiqamətlərindən biridir”.

S.Fətəliyeva vurğulayıb ki, bu gün Azərbaycan dünyanın mədəniyyət mərkəzlərindən biri sayılır: “Ölkəmiz Mstislav Rostropoviç Festivalı, Qəbələ Beynəlxalq Musiqi Festivalı, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi beynəlxalq mədəniyyət tədbirlərinə ev sahibliyi edir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti