...

Britaniyanın Aİ-dən çıxması Azərbaycanla münasibətlərə necə təsir edəcək?

Siyasət Materials 24 İyun 2016 15:02 (UTC +04:00)
Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması Azərbaycanla Birləşmiş Krallıq arasında mövcud münasibətlərə heç bir təsir göstərməyəcək.
Britaniyanın Aİ-dən çıxması Azərbaycanla münasibətlərə necə təsir edəcək?

Bakı. Elçin Mehdiyev - Trend:

Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması Azərbaycanla Birləşmiş Krallıq arasında mövcud münasibətlərə heç bir təsir göstərməyəcək.

Bunu Trend-ə Milli Məclisin deputatı Əli Məsimli deyib.

Ə.Məsimli bildirib ki, Azərbaycan-Britaniya münasibətlərinə Aİ-Böyük Britaniya münasibətləri kontekstindən baxmaq düzgün deyil:

“Əlbəttə, Böyük Britaniyanın Avropa İttifaqından çıxması məqsədəuyğun addım deyil. Böyük Britaniyanın Aİ-dən çıxmasının İttifaqa müəyyən mənfi təsirləri olsa da, Azərbaycanla münasibətlərə mənfi təsiri ola bilməz”.

Deputat qeyd edib ki, Böyük Britaniya Azərbaycana ən böyük sərmayə qoyan ölkədir:

“Ancaq bu, Azərbaycan-Aİ əlaqələri kontekstində yox, Azərbaycan-Britaniya kontekstində baş tutub. Hesab edirəm ki, Azərbaycanın iri beynəlxalq layihələrində də Böyük Britaniyanın iştirakı göstərir ki, Aİ-Britaniya münasibətləri üzrə proseslərin hansı məcrada getməsindən asılı olmayaraq, Azərbaycan-Böyük Britaniya münasibətləri inkişaf edəcək, çünki onların qoyduğu sərmayə çoxdur. Bunun azalma yox, artma istiqamətində getməsi ehtimalı daha böyükdür”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti