...

Atatürk hava limanındakı teraktın qurbanları arasında azərbaycanlıların olub-olmaması araşdırılır

Siyasət Materials 29 İyun 2016 09:11 (UTC +04:00)
Azərbaycanın İstanbuldakı baş konsulluğu Atatürk hava limanında baş verən terror hadisəsi zamanı xəsarət alan və ölənlər arasında azərbaycanlıların olub-olmamasını araşdırır.
Atatürk hava limanındakı teraktın qurbanları arasında azərbaycanlıların olub-olmaması araşdırılır

Bakı. Trend:

Azərbaycanın İstanbuldakı baş konsulluğu Atatürk hava limanında baş verən terror hadisəsi zamanı xəsarət alan və ölənlər arasında azərbaycanlıların olub-olmamasını araşdırır.

Bu barədə Trend-ə Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Qeyd edək ki, İstanbulun Atatürk hava limanında 3 terrorçu-intiharçı özünü partladıb.

Verilən son rəsmi məlumatlarda terror aktı nəticəsində ölənlərin sayının 36 nəfərə çatdığı, 147 nəfərin isə yaralandığı bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti