...

İstanbul şəhər valiliiyi: Atatürk hava limanındakı teraktda Azərbaycan vətəndaşları xəsarət almayıb

Siyasət Materials 29 İyun 2016 11:40 (UTC +04:00)
İstanbulun Atatürk hava limanında törədilmiş terror aktı nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur.
İstanbul şəhər valiliiyi: Atatürk hava limanındakı teraktda Azərbaycan vətəndaşları xəsarət almayıb

Bakı. Trend:

İstanbulun Atatürk hava limanında törədilmiş terror aktı nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur. Bunu İstanbul şəhər valiliyindən Azərbaycanın Baş konsulluğuna deyiblər.

Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Baş konsulluq valiliyin müvafiq strukturları ilə təmasları davam etdirir.

Qeyd edək ki, terror aktı nəticəsində 36 nəfər həlak olub, 147 nəfər isə yaralanıb.

İlkin məlumata görə, terror aktını İŞİD terror təşkilatı törədib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti