...

Politoloq: Fransanın Dağlıq Qarabağ münaqişəsinin həllində sona qədər müsbət rol oynayacağı inandırıcı deyil

Siyasət Materials 5 İyul 2016 16:54 (UTC +04:00)
Əgər bu gün Fransa Parlamenti qondarma “erməni soyqırımı”nı qəbul edirsə, inandırıcı deyil ki, Fransa, ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində sona qədər müsbət rol oynayacaq.
Politoloq: Fransanın Dağlıq Qarabağ münaqişəsinin həllində sona qədər müsbət rol oynayacağı inandırıcı deyil

Bakı. Elçin Mehdiyev - Trend:

Əgər bu gün Fransa Parlamenti qondarma “erməni soyqırımı”nı qəbul edirsə, inandırıcı deyil ki, Fransa, ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində sona qədər müsbət rol oynayacaq. Bunu Trend-in Baş direktorunun müavini, politoloq Arzu Nağıyev deyib.

A.Nağıyev bildirib ki, Fransa parlamentinin aşağı palatasının qondarma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan düzəlişi qəbul etməsi həm Fransa-Türkiyə münasibətlərinə, həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə mənfi təsir edən haldır.

Politoloqun fikrincə, Fransanın bu hərəkəti daxili auditoriya üçün nəzərdə tutulmuş bir məsələdir: “Burada Fransanın maraqları ondan ibarətdir ki, gələn il ölkədə həm prezident, həm də parlament seçkiləri keçiriləcək. Ona görə də bu, erməni lobbisi arasında elektorat qazanmaq üçün Fransua Olland tərəfindən atılan bir addımdır”.

A.Nağıyev əlavə edib ki, istər Almaniya Bundestaqında qondarma “erməni soyqırımı”nın qəbul edilməsi, istər Fransanın bu addımları demək olar ki, Türkiyənin Avropa İttifaqına qəbul ediməməsi üçün atılan ən böyük addımlardır: “Bundan əlavə, bu gün Türkiyə-Rusiya yaxınlaşması davam edir, məhz bundan da Avropa nəticə çıxarmağa çalışır ki, Türkiyə niyə məhz Rusiya ilə yaxınlaşır?!”

Qeyd edək ki, Fransa parlamentinin aşağı palatası hökumətin təqdim etdiyi “Bərabərlik və vətəndaşlıq” qanun layihəsinə təklif olunan və uydurma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan düzəlişi qəbul edib.

Düzəlişə görə, "erməni soyqırımı" faktını inkar edənlərə cəza tətbiq ediləcək. Düzəlişə əsasən, qanunu pozanları 1 illik həbs cəzası və ya 45 min avro məbləğində cərimə gözləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti