...

NATO sammitində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənəd qəbul edilib (YENİLƏNİB)

Siyasət Materials 9 İyul 2016 17:58 (UTC +04:00)
NATO ölkələri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.
NATO sammitində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənəd qəbul edilib (YENİLƏNİB)

Bakı. Trend:

NATO ölkələri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.

Trend-in məlumatına görə, bu barədə NATO-nun Varşava sammitinin yekun kommünikesində qeyd olunur.

Kommünikenin 24-cü paraqrafında vurğulanır ki, alyans ölkələri Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsinə sadiqdir: "Bununla əlaqədar olaraq, biz Cənubi Qafqazda, həmçinin Moldovada münaqişələrin beynəlxalq hüququn bu prinsip və normaları, BMT Nizamnaməsi və Helsinki Yekun Aktı əsasında sülh yolu ilə həllinə yönəlmiş səyləri dəstəkləməkdə davam edirik".

Bu isə o deməkdir ki, NATO Dağlıq Qarabağ münaqişəsinin həllini yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində görür.

Xatırladaq ki, 4-5 sentyabr 2014-cü ildə NATO-nun Uelsdə keçirilmiş sammitinin yekun bəyanatında da NATO-nun üzv dövlətləri Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəklərini ifadə edərək, Cənubi Qafqazdakı münaqişələrin məhz bu prinsiplər əsasında həllini dəstəklədiklərini vurğulamışdılar. Həmin sənəddə dövlətlərin ərazi bütövlüyü və ya siyasi müstəqilliyinə qarşı güc tətbiq etmək və ya güc tətbiq edərək hədələməyin qəbuledilməzliyi vurğulanmış və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət edilməsinin vacibliyi qeyd olunmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti