...

Prezident İlham Əliyevin Petro Poroşenko ilə təkbətək görüşü keçirilib (FOTO)

Siyasət Materials 14 İyul 2016 10:53 (UTC +04:00)
İyulun 14-də rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Petro Poroşenkonun təkbətək görüşü olub.
Prezident İlham Əliyevin Petro Poroşenko ilə təkbətək görüşü keçirilib (FOTO)

Bakı. Trend:

İyulun 14-də rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Petro Poroşenkonun təkbətək görüşü olub.

Görüşdə Ukrayna Prezidenti Petro Poroşenkonun Azərbaycana ilk rəsmi səfərinin önəmi vurğulandı. Qeyd olundu ki, Azərbaycan-Ukrayna əlaqələrinin böyük tarixi var və xalqlarımız arasında daim dostluq münasibətləri hökm sürüb. İkitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, nəqliyyat və humanitar sahələrdə perspektivləri müzakirə olundu.

Söhbət zamanı ölkələrimiz arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti