...

XİN: Fransanın Nitsa şəhərində törədilmiş terror aktını kəskin şəkildə pisləyirik

Siyasət Materials 15 İyul 2016 10:02 (UTC +04:00)
Fransanın Nitsa şəhərində törədilmiş terror aktını kəskin şəkildə pisləyirik.
XİN: Fransanın Nitsa şəhərində törədilmiş terror aktını kəskin şəkildə pisləyirik

Bakı. Trend:

"Fransanın Nitsa şəhərində törədilmiş terror aktını kəskin şəkildə pisləyirik. Bu terror aktı nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik".

Bunu Trend-ə açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

XİN rəsmisi qeyd edib ki, terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir: "Azərbaycanın Fransadakı səfirliyi terror aktı nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşının olub-olmamasını bu ölkənin müvafiq orqanları vasitəsilə araşdırır. Hazırda Fransada olan Azərbaycan vətəndaşlarını Fransa hakimiyyət orqanlarının təhlükəsizlik tədbirlərinə riayət etməyə və kütləvi yerlərdən kənar durmağa çağırırıq".

Qeyd edək ki, bu gecə Nitsa şəhərində terror aktı törədilib. Yük maşını kütlənin üstünə sürülüb, sonra naməlum şəxslər avtomobildən enərək insanlara atəş açıblar.

Ölənlərin sayı 84 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti