...

Prezident İlham Əliyev fransalı həmkarına başsağlığı verib

Siyasət Materials 15 İyul 2016 11:11 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransa Prezidenti Fransua Ollanda başsağlığı verib.
Prezident İlham Əliyev fransalı həmkarına başsağlığı verib

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransa Prezidenti Fransua Ollanda başsağlığı verib.

Trend-in məlumatına görə, başsağlığında deyilir: "Nitsa şəhərində törədilmiş dəhşətli terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbəri bizi olduqca sarsıtdı.

Biz bu qəddarlıq əməlindən son dərəcə hiddətlənir, bütün dünya üçün dəhşətli bir bəlaya çevrilmiş terrorizmə qarşı mübarizə sahəsində qüvvələrin səfərbər olunmasını, birgə və qətiyyətli səylər göstərilməsini vacib və zəruri hesab edirik.

Bu ağır anlarda kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Fransa xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti