...

İlham Əliyev Cəlilabadda yol tikintisinə 2,1 milyon manat ayırıb

Siyasət Materials 22 İyul 2016 18:15 (UTC +04:00)
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Cəlilabad rayonunun Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
İlham Əliyev Cəlilabadda yol tikintisinə 2,1 milyon manat ayırıb

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Cəlilabad rayonunun Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Trend-in məlumatına görə, iyirmi min nəfər əhalinin yaşadığı 23 yaşayış məntəqəsini birləşdirən Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 2,1 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunan qaydada təmin etmək tapşırılıb.tisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti