...

Ərdoğan: Buqələmuna hörmətsizlik olar, amma bunlar ondan da betərdirlər

Siyasət Materials 22 İyul 2016 23:59 (UTC +04:00)
Bunlar bu millətin pulu ilə əldə etdikləri silahları, təyyarələri, tankları, ağır silahları millətə qarşı istifadə edəcək qədər alçaq, xain, namussuzdurlar
Ərdoğan: Buqələmuna hörmətsizlik olar, amma bunlar ondan da betərdirlər

Bakı. Trend:

Bunlar bu millətin pulu ilə əldə etdikləri silahları, təyyarələri, tankları, ağır silahları millətə qarşı istifadə edəcək qədər alçaq, xain, namussuzdurlar.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdəki çıxışında dövlət çevrilişi cəhdinə toxunarkən deyib.

R.T.Ərdoğan qeyd edib: "Şükürlər olsun ki, gözlədikləri nəticəni əldə edə bilmədilər. Millətimə üz tuturam: ikinci təlimata qədər bu meydanları əsla boşaltmayın. Bu virus heç gözləmədiyimiz yerdən arta bilər. Amma biz bunu minimuma endirməliyik. Bunlar özlərini çox yaxşı gizlədə bilirlər. Buqələmuna hörmətsizlik olar, amma bunlar ondan da betərdirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti