...

Prezident İlham Əliyev Almaniya Kanslerinə başsağlığı verib

Siyasət Materials 23 İyul 2016 14:27 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelə başsağlığı verib.
Prezident İlham Əliyev Almaniya Kanslerinə başsağlığı verib

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelə başsağlığı verib.

Başsağlığında deyilir: “Hörmətli xanım Federal Kansler, Münxendə ticarət mərkəzinə silahlı hücum nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri məni olduqca kədərləndirdi.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Almaniya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti