...

Prezident daha bir yolun tikintisinə maliyyə vəsaiti ayırdı

Siyasət Materials 23 İyul 2016 19:03 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Füzuli rayonunun Qarabağ-Böyük Bəhmənli-Arayatlı-Mirzənağılı avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Prezident daha bir yolun tikintisinə maliyyə vəsaiti ayırdı

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Füzuli rayonunun Qarabağ-Böyük Bəhmənli-Arayatlı-Mirzənağılı avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, 28 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Qarabağ-Böyük Bəhmənli-Arayatlı-Mirzənağılı avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 1,8 milyon (bir milyon səkkiz yüz min) manat ayrılsın.

Bakı-Sumqayıt-Binəqədi yolunun tikintisinə 8,5 milyon manat ayrıldı

Bakı-Sumqayıt-Binəqədi yolunun tikintisinə 8,5 milyon manat ayrıldı

Maliyyə Nazirliyinə və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti