...

Nazir: Dövlət çevrilişinə cəhddən sonra Azərbaycan Türkiyəyə güclü dəstək verdi

Siyasət Materials 25 İyul 2016 16:18 (UTC +04:00)
Dövlət çevrilişinə cəhddən dərhal sonra Azərbaycan Türkiyəyə güclü dəstək verdi.
Nazir: Dövlət çevrilişinə cəhddən sonra Azərbaycan Türkiyəyə güclü dəstək verdi

Bakı. Trend:

Dövlət çevrilişinə cəhddən dərhal sonra Azərbaycan Türkiyəyə güclü dəstək verdi.

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Habertürk" telekanalına bildirib.

O qeyd edib: “Türkiyədə dövlət çevrilişinə cəhddən dərhal sonra Azərbaycandan bizə güclü dəstək gəldi. Azərbaycan bu dəstəyi təkcə telefonla deyil, atdığı addımlarla da göstərdi. Bir millət olmağı şərtləndirən də məhz budur".

M.Çavuşoğlu son vaxtlarda Azərbaycanın işğal edilmiş torpaqları ilə bağlı təmasların intensivləşməsinə də toxunub: “Rusiyanın bu məsələ üzrə ciddi səyləri, Minsk qrupu həmsədrlərinin təşəbbüsləri var. Bizə də təkliflər edildi ki, bunların içərisində Azərbaycanın qəbul edəcəyi təkliflər də var. Biz Azərbaycanın qəbul etdiyi bütün təklifləri dəstəkləyəcəyik”.

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Nəticədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti