...

İlham Əliyev Maldiv və Liberiya prezidentlərini təbrik edib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 25 İyul 2016 18:09 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Maldiv Respublikasının Prezidenti Abdulla Yamin Abdul Qəyyuma təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Maldiv və Liberiya prezidentlərini təbrik edib (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Maldiv Respublikasının Prezidenti Abdulla Yamin Abdul Qəyyuma təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: “Maldiv Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Maldiv xalqına sülh və tərəqqi arzulayıram”.

Dövlətimizin başçısı, həmçinin Liberiya Respublikasının Prezidenti xanım Ellen Conson-Serlifi təbrik edib.

Məktubda qeyd olunur: "Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və tərəqqi diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti