...

Şahin Mustafayev: Türkiyədə çevrilişə cəhd Azərbaycan xalqını narahat etdi

Siyasət Materials 26 İyul 2016 13:57 (UTC +04:00)
Bütün Azərbaycan xalqı Türkiyədə çevrilişə cəhddən narahatdır.
Şahin Mustafayev: Türkiyədə çevrilişə cəhd Azərbaycan xalqını narahat etdi

Bakı. Trend:

Bütün Azərbaycan xalqı Türkiyədə çevrilişə cəhddən narahatdır.

Trend-in məlumatına görə, bunu iqtisadiyat naziri Şahin Mustafayev "Yeni Şəfəq" qəzetinə müsahibəsində deyib.

Ş.Mustafayev Türkiyədə çevrilişə cəhdə qarşı mübarizədə həyatlarından keçmiş şəxslərin ailələrinə və yaxınlarına başsağlığı verib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycan həmişə Türkiyənin və türk xalqının yanındadır və bu ölkənin demokratik yolla seçilmiş hökumətini dəstəkləyir: "Azərbaycan dərhal bu hadisələri dövlət çevrilişi kimi qəbul etdi və qınadı".

Nazir qeyd edib ki, Azərbaycan və Türkiyə arasında qardaş və strateji münasibətlər mövcuddur: "Azərbaycan bu əlaqələrə cüzu də olsa zərər vura biləcək addımlara heç vaxt yol verməyəcək. Biz həmişə bir-birimizin yanındayıq və gələcəkdə bir-birimizə qarşılıqlı dəstək verəcəyik".

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti