...

Ümumxalq səsverməsinin vaxtı məlum oldu

Siyasət Materials 26 İyul 2016 16:16 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında sərəncam imzalayıb.
Ümumxalq səsverməsinin vaxtı məlum oldu

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi ümumxalq səsverməsinə (referenduma) çıxarılsın və kütləvi informasiya vasitələrində dərc edilsin.

Ümumxalq səsverməsi (referendum) 2016-cı il sentyabrın 26-na təyin edilir.

Azərbaycan Mərkəzi Seçki Komissiyası ümumxalq səsverməsinin (referendumun) bu sərəncamda göstərilən tarixdə keçirilməsini təmin edəcək.

Nazirlər Kabinetinə ümumxalq səsverməsinin (referendumun) maliyyələşdirilməsi ilə əlaqədar zəruri tədbirləri həyata keçirmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti