...

MSK referendumla bağlı hazırlıqlara başladı

Siyasət Materials 26 İyul 2016 16:28 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyası Azərbaycanda keçirilməsi nəzərdə tutulan referendumla bağlı bəzi normativ aktlara dəyişiklikləri müzakirəyə çıxarıb.
MSK referendumla bağlı hazırlıqlara başladı

Bakı. Elçin Mehdiyev - Trend:

Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycanda keçirilməsi nəzərdə tutulan referendumla bağlı bəzi normativ aktlara dəyişiklikləri müzakirəyə çıxarıb.

Trend-in məlumatına görə, MSK katibi Arifə Muxtarova bildirib ki, referendumun hazırlanıb keçirilməsi üçün müvafiq normativ aktlara dəyişiklik edilməsi zərurəti yaranıb.

MSK 6 normativ xarakterli akta dəyişikliyi müzakirəyə çıxararaq qəbul edib.

İclasda həmçinin 3 və 29 iyun 2016-cı il tarixli iclasların protokolları təsdiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti