...

Niderlandın ölkəmizdəki səfirinin diplomatik fəaliyyəti başa çatıb

Siyasət Materials 26 İyul 2016 16:36 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Niderland Krallığının ölkəmizdəki səfiri Robert Jan Qabrielseni diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Niderlandın ölkəmizdəki səfirinin diplomatik fəaliyyəti başa çatıb

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov Niderland Krallığının ölkəmizdəki səfiri Robert Jan Qabrielseni diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə son illər iki ölkə arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub və əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların olduğu qeyd olunub.

Görüşdə həmçinin, iki ölkə arasında ətraf mühit, kənd təsərrüfatı, fövqəladə hallar, logistika və digər sahələrdə qurulmuş uğurlu əməkdaşlıq xüsusi vurğulanıb.

Səfir diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsi üçün ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Nazir E.Məmmədyarov ölkələrimiz arasında əlaqələrin inkişafına verdiyi töhfəsinə görə səfir Robert Jan Qabrielsenə minnətdarlığını ifadə edib və ona gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti