...

Nazir: Enerji sahəsində BP şirkəti ilə əməkdaşlığı yüksək qiymətləndiririk

Siyasət Materials 28 İyul 2016 16:31 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniya parlamentinin Azərbaycanla dostluq qrupunun sədri Bob Blakmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Nazir: Enerji sahəsində BP şirkəti ilə əməkdaşlığı yüksək qiymətləndiririk

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniya parlamentinin Azərbaycanla dostluq qrupunun sədri Bob Blakmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə E.Məmmədyarov Azərbaycanla Böyük Britaniya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyətindən, tərəflər arasında əməkdaşlıq edilən əsas sahələr və inkişaf perspektivləri barədə nümayəndə heyətinə ətraflı məlumat verdi. Nazir enerji sahəsində, o cümlədən Azərbaycanın neft və qaz yataqlarının işlənilməsində və xam neftin ixracında əsas marşrut olan Bakı-Tbilisi-Ceyhan kəmərinin reallaşdırılmasında BP şirkəti ilə əməkdaşlığı yüksək qiymətləndirdi.

Nazir Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən regional layihələr barədə danışdı və bu layihələrin iştirakçı dövlətlərə, ümumilikdə bütün regiona verəcəyi töhfələri izah etdi. E.Məmmədyarov Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin mahiyyəti və qarşıya qoyulan hədəflərdən söz açdı və ölkəmizin bu istiqamətdə atdığı addımları sadaladı.

Azərbaycanın multikulturalizm və tolerantlıq üzrə dünyaya örnək ola biləcəyini vurğulayan nazir ölkəmizdə əsrlər boyu müxtəlif dinlərə məxsus insanların sülh şəraitində yanaşı yaşadığını misal göstərdi.

Ermənistan-Azərbaycan münaqişəsinin tarixi və bu münaqişənin həlli istiqamətində aparılan danışıqların cari vəziyyətinə toxunan E.Məmmədyarov Azərbaycanın rəsmi mövqeyini bir daha Britaniyalı deputatların diqqətinə çatdırdı.

Britaniyalı parlamentarilər Azərbaycanda gedən inkişaf proseslərindən məmnun olduqlarını, ölkəmizin müxtəlif sahələrdə əldə etdiyi uğurları təqdir etdiklərini bildirdilər.

Görüşün sonunda nazir qonaqların müxtəlif mövzular üzrə verdiyi sualları cavablandırdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti