...

Elmar Məmmədyarov Almaniyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib

Siyasət Materials 4 Avqust 2016 17:20 (UTC +04:00)
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Almaniyanın ölkəmizə yeni təyin olunmuş səfiri Mixail Kindsqrabı qəbul edib.
Elmar Məmmədyarov Almaniyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib

Bakı. Trend:

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Almaniyanın ölkəmizə yeni təyin olunmuş səfiri Mixail Kindsqrabı qəbul edib.

Bu barədə Trend-ə XİN-dən məlumat verilib.

E.Məmmədyarov səfir M.Kindsqrabı Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Səfir etimadnaməsinin surətini nazir E.Məmmədyarova təqdim edib.

Görüşdə Azərbaycan və Almaniya arasında ikitərəfli münasibətlərin inkişaf səviyyəsindən məmnunluq ifadə olunub.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti