...

Nazir: BTQ dəmir yolunun inşası dayandırıla bilərdi

Siyasət Materials 17 Avqust 2016 12:13 (UTC +04:00)
Əgər Türkiyədə hərbi çevriliş olsaydı, ölkə ərazisində Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi dayandırıla bilərdi.
Nazir: BTQ dəmir yolunun inşası dayandırıla bilərdi

Bakı. Rufiz Hafizoğlu - Trend:

Əgər Türkiyədə hərbi çevriliş olsaydı, ölkə ərazisində Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun tikintisi dayandırıla bilərdi.

Trend-in məlumatına görə, bunu Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Əhməd Arslan "Anadolu" agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, bu halda Türkiyədə digər mühüm layihələr də böyük təhlükə altında qala bilərdi:

"Məlum olduğu kimi, qiyamçıların məqsədlərindən biri Türkiyədə nəqliyyat layihələrinin reallaşdırılmasının qarşısını almaq idi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti