...

Ziyafət Əsgərov: Qarşıdakı referendum xalqın iradəsinə cavab verir

Siyasət Materials 18 Avqust 2016 12:15 (UTC +04:00)
"Sentyabrın 26-da keçiriləcək referendum xalqın iradəsinə cavab verir".
Ziyafət Əsgərov: Qarşıdakı referendum xalqın iradəsinə cavab verir

Bakı. Elçin Mehdiyev – Trend:

"Sentyabrın 26-da keçiriləcək referendum xalqın iradəsinə cavab verir".

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə Milli Məclisin sədr müavini Ziyafət Əsgərov deyib.

O vurğulayıb ki, bu gün dünyada heç bir dövlət deyə bilməz ki, tam hüquqi dövlətdir: “Mərhum Prezident Heydər Əliyev deyirdi ki, demokratiyanın başlanğıcı var, sonu yoxdur. Biz hüquqi dövlət quruculuğunda da ən yüksək səviyyəyə çatmaq üçün bu dəyişiklikləri həyata keçirməliyik. Xalqın iradəsinə cavab verməyən məsələləri qəbul etməməliyik. Bu referendum isə xalqın iradəsinə cavab verir və biz bunu həyata keçirməliyik”.

Z.Əsgərov bildirib ki, referendumda qəbul edilən məsələlər xalqın iradəsini əks etdirən məsələlər kimi əksini tapır: “Hər bir referendum aktı cəmiyyətin siyasi, iqtisadi barometridir. Referendum keçirilirsə, deməli, buna ehtiyac var, ehtiyac varsa, inkişaf var. Biz hüquqi dövlət quruculuğu prosesi çərçivəsində bu addımı atmalıyıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti