...

AVCİYA: Azərbaycan seçki qanunvericiliyi təkmilləşdirilərək beynəlxalq qanunvericiliyə uyğunlaşdırılıb

Siyasət Materials 26 Avqust 2016 12:46 (UTC +04:00)
Azərbaycanın seçki qanunvericiliyi kifayət qədər təkmilləşib və beynəlxalq qanunvericiliyə uyğunlaşdırılıb.
AVCİYA: Azərbaycan seçki qanunvericiliyi təkmilləşdirilərək beynəlxalq qanunvericiliyə uyğunlaşdırılıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanın seçki qanunvericiliyi kifayət qədər təkmilləşib və beynəlxalq qanunvericiliyə uyğunlaşdırılıb.

Trend-in məlumatına görə, bunu Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) vitse-prezidenti Elçin Salmanov Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi haqqında Referendumun Uzunmüddətli Müşahidəsinin nəticələrinə dair ilkin hesabata həsr olunan tədbirdə çıxış edərkən deyib.

E.Salmanov əlavə edib ki, Azərbaycanda 2016-cı il referendumu ilə bağlı hüquqi çərçivənin müqayisəli təhlili aparılıb.

E.Salmanov bu təhlilə əsasən, Azərbaycanın seçki qanunvericiliyinin hətta Fransa qanunvericiliyindən də geri qalmadığını söyləyib. Onun sözlərinə görə, AVCİYA referendumda 62 daiərədə 3000 məntəqədə müşahidə aparmağı planlaşdırır, qısa və uzunmüddətli müşahidələr aparılacaq. Referendum günü müşahidə və referendumun nəticələri ilə bağlı ilkin məlumat sentyabrın 27-də, yekun hesabat isə oktyabrın 10-a kimi açıqlanacaq.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bildirib ki, Azərbaycanda həm sovet dövründə, həm də müstəqillik illərində müxtəlif məsələlərlə bağlı referendumlar keçirilib. "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya aktı (18 oktyabr, 1991-ci il) qəbul olunduqdan sonra ölkə üzrə 5 referendum keçirilib. Bu il sentyabrın 26-da keçiriləcək referendum sayca 6-cı ümumxalq səsverməsi olacaq.

AVCİYA-nın referendumla bağlı uzunmüddətli müşahidə ilə bağlı ilkin hesabatını təqdim edən M.Zülfüqarlının sözlərinə görə, ilkin hesabat 26 iyul - 26 avqust tarixlərini əhatə edir. Bu müddətdə monitorinq aparılan 13 KİV-in hamısında referendumla bağlı müsbət yazılar verilib. Bundan başqa, 13 KİV-in hamısında referendumla bağlı neytral məlumatlar geniş yer alıb. KİV-lərin 8-də referendum əleyhinə heç bir məlumat verilmədiyi halda, 5-də həm də mənfi məlumatlar verilib ki, bunu da ölkədə olan demokratik mühitin göstəricisi saymaq olar.

Azərbaycanda 2016-cı il referendumu ilə bağlı hüquqi çərçivənin müqayisəli təhlilinin bəzi nəticələrini də açıqlayan M.Zülfüqarlı qeyd edib ki, Azərbaycan, Niderland, Norveç və Fransada referendum səsverməsi müddəalarının müqayisəli təhlilinə görə, ən azı 4 ölkənin nümunəsində Azərbaycan bütün referendum komissiyalarında hakimiyyətlə siyasi partiyaların təsirini tarazlaşdırmağa cəhd edən yeganə ölkədir. Fransada buna bənzər tarazlaşdırılmış model yalnız yerli səviyyədə seçki məntəqəsində mövcuddur.

Təhlilin nəticələri göstərir ki, Qərb dövlətlərinin əksəriyyəti referendum komissiyalarının təşkili barədə qərar kimi məsələlərdə hakim siyasi partiyanın mümkün təsiri ilə mübarizə məqsədilə heç bir hüquqi müddəalar qəbul etməyib.

M.Zülfüqarlı qeyd edib ki, hüquqi baxımdan Azərbaycan tərəfindən referendum prosesinin idarəsi üçün tətbiq edilən tənzimləyici normaların digər ölkələrin hüquqi müddəaları ilə müqayisədə struktur cəhətdən balanslı olduğu deyilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti