...

İlham Əliyev Moldova Prezidentini təbrik edib

Siyasət Materials 26 Avqust 2016 18:20 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Moldova Prezidenti Nikolaye Timoftiyə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Moldova Prezidentini təbrik edib

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Moldova Prezidenti Nikolaye Timoftiyə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: “Moldova Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Moldova arasındakı dostluq və əməkdaşlıq münasibətləri ölkələrimizin və xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Moldova xalqına əmin-amanlıq və firavanlıq arzulayıram”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti