...

MSK-da təşviqat qruplarının səlahiyyətli nümayəndələri qeydə alınıb

Siyasət Materials 27 Avqust 2016 14:23 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyası (MSK) Müsavat Partiyası tərəfindən yaradılmış “Respublika” təşviqat qrupunun qeydə alınmasından imtina edib.
MSK-da təşviqat qruplarının səlahiyyətli nümayəndələri qeydə alınıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Mərkəzi Seçki Komissiyası (MSK) Müsavat Partiyası tərəfindən yaradılmış “Respublika” təşviqat qrupunun qeydə alınmasından imtina edib.

Trend-in məlumatına görə, bu barədə MSK-nın bu gün keçirilən iclasında bildirilib.

MSK katibi Arifə Muxtarova deyib ki, “Respublika” təşviqat qrupunun qeydə alınması üçün etibarlı imzaların sayı tələb ediləndən az olub. MSK tərəfindən 3604 imza etibarsız sayılıb, qalan 35 000-dən bir qədər çox imza təşviqat qrupunun qeydə alınması üçün kifayət olmayıb.

MSK “Respublika” təşviqat qrupunun qeydə alınmasından imtina edilməsi barədə qərar verib.

İclasda "Vətəndaş cəmiyyəti" referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələri, təşviqat qrupunun vəkil edilmiş şəxsləri qeydə alınıb, "Vətəndaş cəmiyyəti" referendum üzrə təşviqat qrupunun MSK-da məşvərətçi səs hüquqlu komissiya üzvü qeydə alınıb.

Bununla yanaşı, "Bələdiyyə" referendum üzrə təşviqat qrupunun da səlahiyyətli nümayəndələri, təşviqat qrupunun vəkil edilmiş şəxsləri qeydə alınıb. Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, ümumxalq səsverməsi (referendum) 2016-cı il sentyabrın 26-da keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti