...

Nazir: Azərbaycanla Gürcüstan beynəlxalq səviyyədə ortaq mövqedən çıxış edir

Siyasət Materials 29 Avqust 2016 17:37 (UTC +04:00)
Elmar Məmmədyarov Gürcüstan Parlamentinin sədri ilə görüşüb
Nazir: Azərbaycanla Gürcüstan beynəlxalq səviyyədə ortaq mövqedən çıxış edir

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstan parlamentinin sədri David Usupaşvili ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Gürcüstanda səfərdə olan E.Məmmədyarov bu ölkənin parlamentinin sədri D.Usupaşvili ilə görüşüb.

Görüşdə bildirilib ki, ölkələrimiz arasında inkişaf edən dostluq və tərəfdaşlıq əlaqələrinin vacib komponentlərindən biri də parlamentlərarası əməkdaşlıqdır və iki ölkə parlamenti arasında qurulmuş sıx əlaqələr dövlətlərarası münasibətlərin inkişafına öz töhfəsini verir.

D.Usupaşvili Azərbaycan Milli Məclisi ilə qurulan əməkdaşlıqdan məmnun olduqlarını bildirib və bunu dostluq əlaqələri kimi ifadə edib. Parlamentin sədri iki ölkə arasında mövcud olan uğurlu əməkdaşlığa parlament səviyyəsində töhfə verməyə çalışdıqlarını deyib.

Görüşdə qeyd olunub ki, ölkələrimiz arasında həyata keçirilən layihələr qlobal xarakter daşıyır və bu layihələr iki ölkə arasında mövcud əməkdaşlığın göstəricisidir.

Gürcüstana səfəri və bu ölkənin xarici işlər naziri ilə keçirdiyi görüş barədə məlumat verən E.Məmmədyarov aparılmış müzakirələri faydalı və səmələri adlandırıb. Nazir xüsusi vurğulayıb ki, Azərbaycanla Gürcüstan beynəlxalq səviyyədə ortaq mövqedən çıxış edir və bir-birilərini qarşılıqlı şəkildə dəstəkləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti