...

Nazir: Azərbaycan müdafiə sənayesində Pakistanın imkanlarından daha çox istifadə edə bilər

Siyasət Materials 2 Sentyabr 2016 18:29 (UTC +04:00)
Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin maliyyə, gəlirlər, iqtisadi işlər, statistika və özəlləşdirmə üzrə federal naziri Məhəmməd İshaq Dar ilə görüşüb.
Nazir: Azərbaycan müdafiə sənayesində Pakistanın imkanlarından daha çox istifadə edə bilər

Bakı. Trend:

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin maliyyə, gəlirlər, iqtisadi işlər, statistika və özəlləşdirmə üzrə federal naziri Məhəmməd İshaq Dar ilə görüşüb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, görüşdə hər iki ölkənin bir-birinə mütəmadi göstərdiyi dəstək, Kəşmir və Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti, Azərbaycan-Pakistan münasibətlərinin inkişafında iki ölkənin rəhbərlərinin önəmli rolu, Heydər Əliyev Fondunun Pakistanda həyata keçirdiyi müxtəlif hümanitar və sosial yönümlü layihələr, gələcəkdə həyata keçirilməsi planlaşdırılan yüksək səviyyəli səfərlər haqqında söhbət açılıb, bu cür isti və səmimi münasibətlərin fonunda maliyyə, iqtisadiyyat və ticarət sahəsində əlaqələrin daha da artırılmasının önəmi vurğulanıb.

Azərbaycanda əldə olunan sosial-iqtisadi inkişaf haqqında məlumat verən səfir Ə.Əlizadə iki ölkə arasında enerji, ticarət və müəyyən digər sahələrdə görülən işlər, yeni müqavilələrin hazırlanması istiqamətində gedən çalışmalar haqqında məlumat verib. Səfir enerji, tekstil, metallurgiya və müəyyən digər sahələr üzrə də azərbaycanlı iş adamlarının Pakistanla iqtisadi-ticari əlaqələrin qurulmasına maraq göstərdiyini, Pakistanın qardaş ölkə olması baxımından, eləcə də ərazi və əhalisinin böyüklüyünə görə Azərbaycan məhsullarının satışı, sərmayə yatırımı üçün yaxşı üstünlüklərə malik olduğunu qeyd etmişdir. Ə.Əlizadə ölkələrarası bu səmimi və isti şəraitdən pakistanlı iş adamlarının da çox istifadə edə biləcəyini bildirib.

Nazir M.İ.Dar Bakıya səfərlərini, Azərbaycan Prezidenti tərəfindən səmimi qəbulunu və Azərbaycanda qardaşlıq şəraitində keçirilmiş görüşlərini xatırlamış, iki ölkə arasındakı ticari və iqtisadi potensialın olduqca böyük olduğunu qeyd edib. Nazir müdafiə sənayesi sahəsində Pakistanın imkanlarından Azərbaycan tərəfinin daha çox istifadə edə biləcəyini, enerji, ticarət, iqtisadi sahələrdə həyata keçirilən işlərin daha da artırılması, bu sahələr üzrə müqavilə-hüquq bazasının təkmilləşdirilməsinin qarşılıqlı əlaqələrə müsbət tövhələr verəcəyini bildirib. Nazir rəhbərlik etdiyi qurumun Azərbaycanın aidiyyəti qurumları, eləcə də Azərbaycanın Pakistandakı Səfirliyi ilə əməkdaşlığın davam etdirilməsinə hər zaman hazır olduğunu vurğulamış, Səfirliyə və səfirə fəaliyyətində uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti