...

Azərbaycan və Almaniya saziş imzaladılar

Siyasət Materials 3 Sentyabr 2016 11:24 (UTC +04:00)
Azərbaycan və Almaniya arasında “Diplomatik nümayəndəlik və ya konsulluq əməkdaşlarının ailə üzvlərinin ödənişli əmək fəaliyyəti haqqında saziş” imzalanıb.
Azərbaycan və Almaniya saziş imzaladılar

Bakı. Trend:

Azərbaycan və Almaniya arasında “Diplomatik nümayəndəlik və ya konsulluq əməkdaşlarının ailə üzvlərinin ödənişli əmək fəaliyyəti haqqında saziş” imzalanıb.

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sazişi Azərbaycan Respublikası Hökuməti adından Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazov, Almaniya Federativ Respublikası Hökuməti adından AFR XİN-in ümumi idarəsinin rəisi, ministeraldirektor Volfqanq Dold imzalayıblar.

Qeyd olunan sazişə görə hər iki dövlətdə akkreditə olunmuş diplomatik nümayəndəlik və ya konsulluq əməkdaşlarının ailə üzvlərinə qəbul edən dövlətdə ödənişli əmək fəaliyyəti ilə məşğul olmağa qarşılıqlı əsasda icazə verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti