...

Referendum Aktı layihəsinə dair maarifləndirici toplu dərc edilib

Siyasət Materials 9 Sentyabr 2016 18:28 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu birgə hüquqi maarifləndirmə layihəsini həyata keçirir.
Referendum Aktı layihəsinə dair maarifləndirici toplu dərc edilib

Bakı. Trend:

“Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə Ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında” Azərbaycan Prezidentinin 26 iyul 2016-cı il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası üçün Yeni Azərbaycan Partiyası və Prezident yanında Bilik Fondu birgə hüquqi maarifləndirmə layihəsini həyata keçirir.

Fonddan Trend-ə verilən məlumata görə, bu məqsədlə respublikamızın tanınmış hüquqşünaslarından ibarət işçi qrupu yaradılıb, mütəmadi olaraq Konstitusiya Aktı layihəsinin hər bir maddəsini şərh edən məqalələr hazırlanaraq kütləvi informasiya vasitələrində yayımlanıb. Bir çoxu ölkə mətbuatında dərc olunmuş materiallar əsasında “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinin qısa şərhi” adlı toplu işıq üzü görüb.

Məqalə müəllifləri səsvermə hüququna malik oxuculara referenduma çıxarılan hər bir maddə barədə dolğun məlumat verir, onun mahiyyətini elmi əsaslarla və anlaşıqlı üslubda izah edirlər.

Referendumda iştirak etmək hüququ olan vətəndaşlar, hüquqşünaslar, politoloqlar və bütövlükdə geniş oxucu auditoriyası üçün nəzərdə tutulan toplunun rəyçiləri Milli Məclisin üzvü, hüquq üzrə fəlsəfə doktoru Siyavuş Novruzov və Bilik Fondunun icraçı direktoru, pedaqogika üzrə fəlsəfə doktoru Oktay Səmədovdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti