...

Bəxtiyar Əliyev: Bir-iki nəfərin yığışıb danışmasını mitinq adlandırmaq olmaz

Siyasət Materials 13 Sentyabr 2016 13:31 (UTC +04:00)
Azərbaycanda mitinq keçirməyə heç bir əsas yoxdur.
Bəxtiyar Əliyev: Bir-iki nəfərin yığışıb danışmasını mitinq adlandırmaq olmaz

Bakı. Samir Əli - Trend:

Azərbaycanda mitinq keçirməyə heç bir əsas yoxdur. Bunu Trend-ə açıqlamasında millət vəkili Bəxtiyar Əliyev deyib.

Millət vəkili bildirib ki, bir-iki nəfərin şəhərdə yığışıb nədənsə danışmasını mitinq adlandırmaq olmaz: "Kimsə fikirlərini bölüşürsə, bu mitinq demək deyil. Onlar çıxıb təmiz hava alıb, fikir bölüşürlər. Yəqin darıxıblar, təmiz hava udublar. Şəhər, meydanlar gözəlləşir. Onlar da bundan istifadə edib yararlanıblar. Qaldı ki, Azərbaycanda referendum keçirilməsi ilə bağlı kimlərinsə hər hansısa bir etirazını bildirməsinə, buna mən heç bir əsas görmürəm. Çünki, bunlar dövlətçiliyin inkişaf etdirilməsi üçün aparılan proseslərdir. Bütün Azərbaycan xalqı da bu prosesləri dəstəkləyir. Bu, dövlətin inkişafına, xalqın gələcəyinə hesablanan işlərdir. Ona görə də, sağlam düşüncəli insanların bu proseslərə etirazlarını bildirəcəklərini düşünmürəm. Əksinə, hər kəs bu addımları dəstəkləməlidir".

B.Əliyev bildirib ki, bəzi insanlar Amerikada və digər ölkələrdə ermənipərəst qüvvələrin, mərkəzlərin və diasporların tapşırığı ilə Azərbaycana qarşı müəyyən fikirlər səsləndirirlər: "Şübhəsiz ki, onların təsiri altında Azərbaycanda da 5-10 nəfər var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti