...

Sudan Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Kontakt Qrupuna qoşulacaq

Siyasət Materials 21 Sentyabr 2016 10:37 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 71-ci sessiyasında iştirakı çərçivəsində Sudanın xarici işlər naziri Ibrahim Qandur ilə görüşüb.
Sudan Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Kontakt Qrupuna qoşulacaq

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 71-ci sessiyasında iştirakı çərçivəsində Sudanın xarici işlər naziri İbrahim Qandur ilə görüşüb.

XİN-dən Trend-ə verilən məlumata görə, İ.Qandur BMT Təhlükəsiz Şurasına qeyri-daimi üzvlüyü dövründə Sudana verdiyi dəstəyə görə Azərbaycana təşəkkürünü bildirib və Sudanın ölkəmizin ərazi bütövlüyü və suverenliyinə tam dəstəklədiyini bəyan edib. Sudanlı nazir ölkəsinin tezliklə İslam Əməkdaşlıq Təşkilatının Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Kontakt Qrupuna qoşulacağını da bildirib.

Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqların son vəziyyəti barədə ətraflı məlumat verən nazir E.Məmmədyarov münaqişə ilə bağlı ölkəmizin haqlı və ədalətli mövqeyinin dəstəklənməsinə görə, Sudan hökumətinə təşəkkürünü ifadə edib. E.Məmmədyarov Ermənistanın Azərbaycan ərazilərinin işğalını davam etdirməsi və yürütdüyü destruktiv və təxribatçı siyasətin münaqişənin həllinə və regionda sülhün və sabitliyin təmin olunmasına xələl gətirdiyini vurğulayıb.

Görüşdə tərəflər BMT Baş Assambleyasının gündəliyi və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti