...

Rövşən Rzayev: Azərbaycanda müxalifətin mitinq keçirməsi xarici qüvvələrin sifarişidir

Siyasət Materials 22 Sentyabr 2016 11:37 (UTC +04:00)
Azərbaycanda müxalifətin mitinq keçirməsi xarici qüvvələrin sifarişidir.
Rövşən Rzayev: Azərbaycanda müxalifətin mitinq keçirməsi xarici qüvvələrin sifarişidir

Bakı. Samir Əli - Trend:

Azərbaycanda müxalifətin mitinq keçirməsi xarici qüvvələrin sifarişidir. Bu barədə Trend-ə açıqlamasında millət vəkili Rövşən Rzayev deyib.

Deputat qeyd edib ki, müxalifətin bu cür addımları gözləniləndir: “Azərbaycan xalqı artıq müxalifəti və onların niyyətini başa düşür, anlayır. Ona görə də xalq iqtidarın siyasətini dəstəkləyir və ətrafında birləşir. Müxalifət başa düşür ki, Azərbaycan xalqı arxaya addım atmayacaq".

Millət vəkili deyib ki, xalq ölkədə gedən sürətli inkişafı görür və kənar qüvvələrin fikirlərinə inanmır: “Xalq Azərbaycanın iqtisadi inkişafını görür. Bilir ki, bu yol Azərbaycanın gələcək taleyini həll edən yeganə yoldur. Müxalifətdə əvvəllər olduğu kimi indi də kürsü uğrunda mübarizə aparılır, Azərbaycanın müstəqilliyinin əleyhinə olan, ölkəmizi zəiflətmək istəyən qüvvələrdən istifadə edilir. Bu da heç vaxt onlara uğur gətirə bilməz. Müxalifət həmişə Azərbaycanda böyük bir siyasi kampaniyalar ərəfəsində xaricdən sifariş alaraq ölkədə belə addımlar atır. Bəzi xarici qüvvələr var ki, onlar Azərbaycanın müstəqilliyinə zərbə vurmaq istəyirlər. Həmin qüvvələr də bu ərəfələrdə Azərbaycandakı bu müxalif qüvvələrdən istifadə edirlər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti