...

Hər kəs “online” rejimdə seçki prosesini izləyə biləcək

Siyasət Materials 22 Sentyabr 2016 12:23 (UTC +04:00)
Bu gün Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov və Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə sentyabrın 26-da keçiriləcək referendumla bağlı MSK-da quraşdırılmış veb-kameralara baxış keçirib.
Hər kəs “online” rejimdə seçki prosesini izləyə biləcək

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov və Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə sentyabrın 26-da keçiriləcək referendumla bağlı MSK-da quraşdırılmış veb-kameralara baxış keçirib.

MSK sədri M.Pənahov jurnalistlərə açıqlamasında bildirib ki, min seçki məntəqəsində veb-kameralar quraşdırılıb: “Bu gün veb-kameraların nə vəziyyətdə olduğunu yoxladıq. Bütün məntəqələrdən görüntü çox yüksək səviyyədədir. Son texnologiyalardan istifadə edərək yüksək səviyyəli görüntünün əldə olunmasına çalışılıb. Biz çalışırıq ki, yerlərdə elektrik enerjisi təchizatı və telefon rabitəsinin verilməsində də problem olmasın”.

M.Pənahov bildirib ki, dünyanın bütün nöqtələrindən istənilən arzu edən şəxs MSK-nın saytına daxil olaraq veb-kameralar vasitəsilə “online” rejimdə bütün seçki prosesini arası kəsilmədən izləmək imkanı əldə edəcək: “İnanıram ki, biz işimizi yüksək standartlara cavab verən şəkildə yerinə yetirəcəyik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti