...

Sekuta ABŞ mübadilə proqramları məzunlarını salamladı (FOTO)

Siyasət Materials 24 Sentyabr 2016 12:57 (UTC +04:00)
ABŞ-ın Azərbaycandakı səfiri Robert F. Sekuta öz igamətgahında 300 məzundan çox ABŞ hökumətinin maliyyələşdirdiyi mübadilə proqramlarının məzunlarını salamlamaq üçün qəbul təşkil edib.
Sekuta ABŞ mübadilə proqramları məzunlarını salamladı (FOTO)

Bakı. Trend:

ABŞ-ın Azərbaycandakı səfiri Robert F. Sekuta öz igamətgahında 300 məzundan çox ABŞ hökumətinin maliyyələşdirdiyi mübadilə proqramlarının məzunlarını salamlamaq üçün qəbul təşkil edib. Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə yeni qayıtmış məzunlar və keçmiş illərin məzunları iştirak ediblər. Tədbir ABŞ Dövlət Departamentinin dəstəyi ilə həyata keçirilən mübadilə proqramlarının növbəti uğurlu ilini qeyd etmək və ABŞ təhsilli Azərbaycan məzunları ictimai birliyinə (AAA) qoşulan yeni məzunları salamlamaq məqsədi daşıyıb.

ABŞ səfiri, İctimaiyyətlə əlaqələr üzrə yeni şöbə müdiri Karolina Savec, Mədəni əlaqələr üzrə müşavir Emi Petersen və ABŞ Təhsilli Azərbaycanlı Məzunlar İctimai Birliyinin İdarə heyətinin sədri Əliyar Huseynovun rəsmi salamlasından sonra tədbir 2016-2017-ci il üzrə “Alumni MAX” proqramının qaliblərinin adlarının açıqlanması və 2016-cı ilin fəal məzunlarının mükafatlandırma mərasimi ilə davam edib.

Tədbirin musiqili qonaqları amerikalı qrup “Matuto” idi. Qrupun Braziliya forro rəqs elementləri və Amerikaya məxsus bluegrass musiqi janrından mükəmməl şəkildə yaratdıqları ritm hər bir tamaşaçını dərhal rəqs etməyə sövq edib. Qrupun Bakı, İsmayıllı, Mingəçevir və Gəncəyə səfəri planlaşdırılıb və səfər zamanı qrup ictimai konsertlər verəcək. Matuto qrupunun Azərbaycandakı bütün çıxışları pulsuz və ictimaiyyət üçün açıqdır: 24 sentyabr, 2016 17:00, İsmayıllı Turizm Bazarı; 25 sentyabr, 2016 19:00, Gənclik Mall, Bakı; 27 sentabr, 2016 17:00, Azərbaycan Dillər Universiteti, Bakı; 28 sentyabr, 2016 17:00, Mingəçevir Dövlət Dram Teatrı; 29 sentyabr, 2016 17:00, Gəncəçay Park-Bulvar, Gəncə.

Azərbaycanda 6000-ə yaxın ABŞ mübadilə proqramlarının məzunları var. Bu məzunların əksəriyyəti ABŞ-da əldə etdikləri bilik və təcrübənin sayəsində öz sahələrində aparıcı mütəxəssis olaraq yetişmişlər və öz fəaliyyətlərində Azərbaycanın inkişafı üçün töhfələr verirlər. AAA haqqında daha ətraflı öyrənmək üçün http://www.aaa.org.az/ səhifəsinə daxil olun.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti