...

Avropalı müşahidəçi: Azərbaycanda referendum peşəkar səviyyədə təşkil olunub

Siyasət Materials 26 Sentyabr 2016 18:26 (UTC +04:00)
Azərbaycanda referendum peşəkar səviyyədə təşkil olunub.
Avropalı müşahidəçi: Azərbaycanda referendum peşəkar səviyyədə təşkil olunub

Bakı. Yelena Kosolapova – Trend:

Azərbaycanda referendum peşəkar səviyyədə təşkil olunub. Bunu Trend-ə Avropa Xalq Partiyasının nümayəndə heyətinin rəhbəri Mario Enrike deyib.

O bildirib: "Gün ərzində 10-dan artıq seçki məntəqəsində olduq və saat 19:00-da isə 3 və ya 4 seçki məntəqəsinin bağlanışında olacağıq".

M.Enrike seçki komissiyasının işini alqışlayıb və səhər saatlarında yüksək seçki fəallığını vurğulayıb.

Qeyd edək ki, Azərbaycanda ölkə Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilir. Referendum saat 08:00-da başlayıb və səsvermə saat 19:00-da başa çatacaq.

Referendumu izləmək üçün 117 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçib. Onlar təxminən 35 ölkənin, Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilərdir. Ümumilikdə müşahidəçilərin sayı 53 minə yaxındır.

Seçki məntəqələrində proseslərin bütünlüklə izlənilməsi məqsədilə bütün ölkə coğrafiyasını əhatə edən 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində (təqribən 20%) veb-kamera quraşdırılıb. Seçkilərdə 5600-dən artıq seçki məntəqəsi var. Hər seçki məntəqəsinə 10-a yaxın müşahidəçi düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti