...

ELS "exit-poll"un nəticələrini açıqladı

Siyasət Materials 26 Sentyabr 2016 19:47 (UTC +04:00)
ELS "exit-poll"un nəticələrini açıqladı

Bakı. Samir Əli - Trend:

ELS Müstəqil Araşdırmalar Mərkəzi Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı keçirilən referendumda səs verən seçicilər arasında apardığı "exit-poll"un nəticələrini açıqlayıb.

Trend-in məlumatına görə, mərkəzin rəhbəri İradə Yaqubova mətbuat konfransında bildirib ki, “exit-poll” 118 seçki dairəsindən 400 seçki məntəqəsində keçirilib.

Onun sözlərinə görə, gün ərzində intervüerlər saat 10:00, 13:00, 16:00 və 18:00-da məlumatları Mərkəzin qərargahında telefon operatorlarına ötürüb.

İ.Yaqubova bildirib ki, səhər saat 08:00-dan 18:00-dək səsvrmə prosesində "exit-poll" keçirilib. Nəticəyə görə seçicilərin 65,1 faizi seçkidə iştirak edib. 4,2 faiz isə "exit-poll"da iştirakdan imtina edib.

ELS-in keçirdiyi tədqiqata bütövlükdə 991 könüllü cəlb olunub.

Qeyd edək ki, sentyabrın 26-da Azərbaycanda ölkə Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilib. Referendumda səsvermə saat 08:00-da başlayıb, saat 19:00-da isə yekunlaşıb.

Referendumu izləmək üçün 117 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçib. Onlar təxminən 35 ölkənin, Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilərdir. Ümumilikdə müşahidəçilərin sayı təqribən 53 min nəfər olub.

Seçki məntəqələrində proseslərin bütünlüklə izlənilməsi məqsədilə bütün ölkə coğrafiyasını əhatə edən 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində (təqribən 20%) veb-kamera quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti