...

Avropa Xalq Partiyasının nümayəndə heyətinin rəhbəri: Səsvermə prosesi beynəlxalq standartlara müvafiq olub

Siyasət Materials 26 Sentyabr 2016 20:37 (UTC +04:00)
"Bizim müşahidə etdiyimiz bütün seçki məntəqələrində prosedurlar beynəlxalq standartlara cavab verirdi".
Avropa Xalq Partiyasının nümayəndə heyətinin rəhbəri: Səsvermə prosesi beynəlxalq standartlara müvafiq olub

Bakı. Aygün Bədəlova - Trend:

"Bizim müşahidə etdiyimiz bütün seçki məntəqələrində prosedurlar beynəlxalq standartlara cavab verirdi".

Trend-in məlumatına görə, bunu Avropa Xalq Partiyasının nümayəndə heyətinin rəhbəri Mario Enrike Bakıda keçirilən mətbuat konfransında deyib.

Müşahidəçi bildirib ki, səsvermə prosesi beynəlxalq tələblərə uyğun olaraq sərbəst, açıq və şəffaf keçirilib.

Qeyd edək ki, sentyabrın 26-da Azərbaycanda ölkə Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilib. Referendumda səsvermə saat 08:00-da başlayıb, saat 19:00-da isə yekunlaşıb.

Referendumu izləmək üçün 117 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçib. Onlar təxminən 35 ölkənin, Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilərdir. Ümumilikdə müşahidəçilərin sayı təqribən 53 min nəfər olub.

Seçki məntəqələrində proseslərin bütünlüklə izlənilməsi məqsədilə bütün ölkə coğrafiyasını əhatə edən 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində (təqribən 20%) veb-kamera quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti