...

ABŞ-dakı Azərbaycan vətəndaşları referendumda fəallıq nümayiş etdirirlər (YENİLƏNİB)

Siyasət Materials 26 Sentyabr 2016 22:36 (UTC +04:00)
ABŞ-dakı Azərbaycan vətəndaşları ölkə Konstitusiyasına dəyişikliklərlə bağlı referendumda fəallıq nümayiş etdirirlər.
ABŞ-dakı Azərbaycan vətəndaşları referendumda fəallıq nümayiş etdirirlər (YENİLƏNİB)

Bakı. Səba Ağayeva - Trend:

Vaşinqtonda Azərbaycan səfirliyində yaradılmış seçki məntəqəsində saat 14:00 üçün seçici fəallığı 30 faiz təşkil edib. Bu barədə Trend-ə Səfirlikdən məlumat veriblər.

X X X

20:50

ABŞ-dakı Azərbaycan vətəndaşları ölkə Konstitusiyasına dəyişikliklərlə bağlı referendumda fəallıq nümayiş etdirirlər.

Səfirlikdən Trend-ə verilən məlumatda deyili ki, Vaşinqtonda Azərbaycan səfirliyində yaradılmış seçki məntəqəsi yerli vaxtla saat 8:00-da açılıb. Saat 11:00 üçün seçici fəallığı 17 faiz təşkil edib.

Seçici siyahısında 223 seçici qeyd olunub.

Qeyd edək ki, Azərbaycanda ölkə Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilir. Referendumda səsvermə saat 08:00-da başlayıb, saat 19:00-da isə yekunlaşıb.

Referendumu izləmək üçün 117 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçib. Onlar təxminən 35 ölkənin, Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilərdir. Ümumilikdə müşahidəçilərin sayı təqribən 53 min nəfərdir.

Seçki məntəqələrində proseslərin bütünlüklə izlənilməsi məqsədilə bütün ölkə coğrafiyasını əhatə edən 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində (təqribən 20%) veb-kamera quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti