...

Azərbaycanın İtaliyadakı səfirliyində səsvermə başa çatıb (FOTO)

Siyasət Materials 26 Sentyabr 2016 21:16 (UTC +04:00)
Romadakı seçki məntəqəsində səsvermə başa çatıb.
Azərbaycanın İtaliyadakı səfirliyində səsvermə başa çatıb (FOTO)

Bakı. Trend:

Romadakı seçki məntəqəsində səsvermə başa çatıb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, Azərbaycan Konstitusiyasına dəyişikliklər və əlavələr edilməsi ilə əlaqədar ümumxalq səsverməsində (referendum) İtaliyadakı diplomatik missiyanın əməkdaşları və onların səsvermə hüququna malik ailə üzvləri, habelə İtaliyada daimi və müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarının səsvermə hüququndan istifadəsinin təmin edilməsi məqsədilə 17 saylı Yasamal üçüncü seçki dairəsinin Azərbaycanın İtaliyadakı səfirliyində yaradılmış 35 saylı seçki məntəqəsində səsvermə təşkil olunub.

Səsvermədə seçicilərin iştirakının və seçki hüquqlarını sərbəst şəkildə ifadə etmələrinin təmin olunması üçün hər cür şərait yaradılıb. Səsvermə prosesi Azərbaycan Respublikası Konstitusiyasına, Seçki Məcəlləsinə və bu sahədəki digər qanunvericilik aktlarına uyğun aparılmışdır.

Səsvermə prosesi yerli vaxtla saat 19:00-da başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti